turk donyasi
زبان،تاریخ و فرهنگ مردم ترک
درباره وبلاگ


سلام به وبلاگ من خوش آمدید از اینکه به وبلاگ اینجانب سر میزنید خوشحالم. در ارائه و جمع آوری مطالب این وبلاگ سعی شده است مطالب مفید راجع به زبان ، فرهنگ و تاریخ مردم ترک از اکثر سایتها و وبلاگهای ایرانی و سایر کشورها به خصوص کشورهای ترک زبان دنیا استفاده شده است و در واقع گلچینی از مطالب سایت های مختلف است که در قالب یک وبلاگ جمع شده است. و سعی شده است با ارائه مطالب آموزش و همچنین لینک های مفید به یادگیران زبان ترکی کمکی کوچک کرده باشیم .خواهشمند است ما را از نظرات سازنده تان بی نصیب نفرمایید. ترکون دیلی تک سوگیلی ایستکلی دیل اولماز آیری دیله قاتسون بو اصیل دیل اصیل اولماز
نويسندگان
سه شنبه 28 خرداد 1392برچسب:, :: 10:27 :: نويسنده : داوود بدرزاده

TARİXİ MƏLUMATLAR

اطلاعات تاريخي از دول برپاشده در آزربايجان


 

 


TARİXİ MƏLUMATLAR

Azərbaycan dövlətçiliyi

e.ə III minillik Azərbaycanın cənubunda "Erkən dövlət qurumlarının” (Aratta, Kuti, Lullubi) yaranması
e.ə XXII əsr Kutilərin Mesoptomiyada 100 illik hakimiyyəti
e.ə IX əsr - e.ə 590 Manna dövlətinin mövcud olması (mərkəzi İzurtu şəhəri)
e.ə 653 – e.ə 625 Midiyada Skiflərin 28 illik hakimiyyəti
e.ə 321 – 327 Atropatena dövlətinin mövcud olması (mərkəzi Qazaka şəhəri)
e.ə IV əsr - 705 Albaniya dövlətinin mövcud olması (mərkəzi Qəbələ, sonra Bərdə şəhəri)
e.ə II əsr– e. I əsri Albaniyada yerli mənşəli Aranilər sülaləsinin hakimiyyəti
I–V əsrlər Albaniyada türk mənşəli Arşakilər sülaləsinin hakimiyyəti
629–705 Albaniyada sabir mənşəli Mehranilər sülaləsinin hakimiyyəti
629–705 Girdiman knyazlığının mövcud olması
IX–XI əsrlər Azərbaycanda "siyasi intibah dövrü”, ilk feodal dövlətlərin yaranması
951 Şəddadilər tərəfindən Dəbil əmirliyinin yaradılması
861–1538 Şirvanşahlar dövlətinin mövcud olması. Heysam ibn Xaliq (mərkəzi Şamaxı və Bakı şəhəri)
879–941 Sacilər dövlətinin mövcud olması. Əbu sac Divdad. (mərkəzi Marağa və Ərdəbil şəhəri)
941–981 Salarilər dövləti. Məzban ibn Məhəmməd. (mərkəzi Ərdəbil şəhəri)
981–1054 Rəvvadilər dövlətinin mövcud olması. Əbul Hica Rəvvadi. (mərkəzi Ərdəbil və Təbriz şəhərləri)
971–1088 Şəddadilər dövləti. Məhəmməd İbn Şəddad. (mərkəzi Gəncə şəhəri)
VIII əsr – 1551 Müstəqil Şəki hakimliyinin mövcud olması
1108–1227 Marağada Ağsunqurilər sülaləsinin hakimiyyəti
1136–1225 Atabəylər dövlətinin mövcud olması. Şəmsəddin Eldəniz. (mərkəzi Naxçıvan və Həmədan şəhəri)
1225-1231 Azərbaycanda Xarəzmşah Cəlaləddinin dövlətinin qurulması
1235–1256 Azərbaycanın Ali Monqol xanı tərəfindən idarə olunması
1256–1357 Hülakilər (Elxanilər) dövlətinin Azərbaycanda hakimiyyəti
1357-1410 Azərbaycanın Calairilər dövləti (1340–1410) tərəfindən fasilələrlə idarə edilməsi
1386-1408 Azərbaycanın Teymurilər tərəfindən fasilələrlə idarə edilməsi
1410–1468 Qaraqoyunlu dövlətinin mövcud olması
1468–1503 Ağqoyunlu dövlətinin mövcud olması
XIII–XIV əsrlər Səfəvilərin Ərdəbil hakimliyi dövrü
1501–1736 Səfəvilər dövlətinin mövcud olması
1736-1747-ci illər Azərbaycanda Nadir şah imperiyasının mövcud olması
XVIII əsrin II yarısı Azərbaycanda xanlıqlar dövrü. Ölkənin xanlıq, sultanlıq və məlikliklərə parçalanması
1726–1806 Quba xanlığının mövcud olması. Hüseynəli xan
1743-1819 Şəki xanlığının mövcud olması. Hacı Çələbi
1747–1804 Gəncə xanlığının mövcud olması. Şahverdi xan Ziyadoğlu
1747–1806 Bakı xanlığının mövcud olması. Mirzə Məhəmməd xan
1747–1806 Dərbənd xanlığının mövcud olması
1747–1828 İrəvan xanlığının mövcud olması. Mir Mehdi Xan
1747–1826 Lənkəran (Talış) xanlığının mövcud olması. Cəmaləddin Mirzə bəy (Qara xan)
1747–1827 Naxçıvan xanlığının mövcud olması. Heydərqulu xan
1747-1819 Şamaxı xanlığının mövcud olması. Ağası qardaşları
1747–1797 Urmiya Xanlığı. Fətəli xan Əfşar
1747–1820 Ərdəbil xanlığının mövcud olması. Bəbir xan
1748–1822 Qarabağ xanlığının mövcud olması. Pənahəli xan
XVIII əsrin ortaları Cavad Xanlığı
1747–1813 Qaradağ xanlığının mövcud olması. Kazım xan
1748–1828 Xoy xanlığının mövcud olması. Dünbili Əhməd xan
1748–1780 Təbriz xanlığının mövcud olması. Dünbuli Nəcəfqulu xan
1747–1922 Maku xanlığının mövcud olması
1747–1826 Marağa xanlığının mövcud olması
1747–1928 Sərab xanlığının mövcud olması
1928-1918 Şimali Azərbaycanda Rusiya idarəçiliyi dövrü
1918. 25 aprel–31 iyul Bakı XKS-in mövcud olması
1918 28.V-1920 28.IV Azərbaycan Xalq Cumhuriyyətinin mövcud olması
1918 1 avq-15 sent Bakıda "Sentrokaspi” diktaturasının mövcud olması
1918 noy- 1919 mart Naxçıvanda "Türk Araz Respublikası”nın mövcud olması
1920-1991 Azərbaycan SSRİ-nin mövcud olması
1991 18 oktyabr Müstəqil Azərbaycan Respublikasının qurulması

Döyüşlər

Qədim dövr. Albaniya və Atropatena tarixinə aid döyüşlər
e.ə 714 Mannanın Uişdiş vilayəti yaxınlığında döyüş. Döyüşdə I Rusa və onun köməyinə gəlmiş Manna canişinləri məğlub oldu, I Rusa Urartuya qaçdı
e.ə 653 İskitlərlə Midiya hökmdarı Kaştariti arasında döyüş. Döyüş nəticəsində Kaştaritinin həlak oldu və Midiya İskitlərin hakimiyyəti altına düşdü. Bundan sonra Midiyada 28 illik İskit ağalığı dövrü başladı
e.ə 650 Assuriya hökmdarı Aşşurbanipal ilə Manna hökmdarı Ahşeri arasında döyüş. Döyüşdə Aşheri məğlub oldu, Mannanın bir sıra şəhərləri o cümlədən İzurtu tutulub dağıdıldı, əhali və mal-qara qənimət kimi aparıldı
e.ə 530 Araz çayı yaxınlığında döyüş. II Kirin Tomrisin başçılığ etdiyi massaget tayfaları ilə döyüşdə məğlub edilərək öldürülməsi
e.ə 331 Qavqamela döyüşü. III Daranın İsgəndərə məğlub olması
e.ə 190 Maqneziya döyüşü. Roma dövlətinin Selevik hökmdarı III Antioxu məğlub etməsi və Atropatenanın yenidən müstəqil olması
e.ə 66 Kür sahili döyüşü. Pompeyin başçılığı ilə Roma qoşunlarının Albanları məğlub etməsi
e.ə 65 Qanıx çayı döyüşü. Roma ordusunun hiylə ilə albanları məğlub etməsi
e.ə 38 Fraaspa döyüşü. Roma sərkərdəsi Antoninin atropatenalıları məğlub edə bilməyib geri çəkilməsi
e.ə 34 Albanlarla Parfiya arasında döyüş. Alanların albanlara köməyə gəlməsi
338 Sanatürklə ermənilər arasında döyüş. Döyüşdə albanların məğlub olaraq Sanatürkün həlak olması
359 Amid döyüşü. Albanların köməyi ilə sasanilərin Roma və erməni qoşunlarını məğlub edərək Albaniyanın Arsax, Naxçıvan və Kaspiana vilayətlərini geri qaytarması
371 Dizirav döyüşü. Roma və erməni qüvvələrinin Sasani və albanları məğlub edərək Albaniyanın Uti, Şakaşen, Girdiman və Kolt vilayətlərini işğal etməsi
662 Kür çayı yaxınlığında döyüş. Albaniyaya hücum edən xəzərlərin Cavanşir tətəfindən məğlubiyyətə uğradılması
665 Araz çayı yaxınlığında döyüş. Döyüşdə xəzərlərin üstünlüyü ələ alaraq albanlardan xeyli əsir və qənimət ələ keçirməsi
Sasanilər ilə ərəblər arasında baş vermiş döyüşlər
636 Kadisiyyə döyüşü. Ərəblərin sasanilər üzərində qələbə qazanması. Alban sərkərdəsi Cavanşirin sasanilər tərəfindən vuruşması
638 Ktesifon (Mədain) döyüşü. Ərəblərin sasani ordusunu məğlub etməsi
640 Nahəvənd döyüşü. . Ərəblərin sasani ordusunu məğlub etməsi
642 Həmədan döyüşü. Ərəblərin sasani ordusunu məglub etməsi. Döyüşdən sonra ərəblər Qum və Kaşanı tutdular, Sasanilər imperiyası tamamilə dağıldı və xilafət ordusu Azərbaycana daxil oldu
644 Ərdəbil yaxınlığında döyüş. Cənubi Azərbaycan mərzbanı İsfəndiyar ibn Fərruxzadın ərəb ordusuna məğlub olması və İsfəndiyarın əsir alınması
Ərəblərlə xəzərlərlər arasında baş vermiş döyüşlər
643 I Bələncər döyüşü. Xəzərlərin ərəb ordusu üzərində qalib gəlməsi
653 II Bələncər döyüşü. Xəzərlərin ərəb ordusu üzərində yenidən qalib gəlməsi
730-cu illər Savalan döyüşü. Xəzərlərin ərəb ordusu üzərində parlaq qələbə çaldı
VIII 30-cu illəri Hilat döyüşü. Ərəblərin xəzərlərin hücumunu çətinliklə dayandıra bilməsi
Ərəblərlə xürrəmilər arasında baş vermiş döyüşlər
829 I Həştadsər döyüşü. Xürrəmilərin ərəb ordusunu məğlub etməsi
830 I Həmədan döyüşü. Xürrəmilərin ərəb ordusunu məğlub etməsi
833 II Həmədan döyüşü. Xürrəmilərin ilk dəfə məğlub olması
836 II Həştadsər döyüşü. Xürrəmilərin ərəb ordusunu məğlub etməsi
837 Bəzz döyüşü. Xürrəmilərin ərəb ordusuna məğlub olması
Səlcuq və Atabəylər tarixinə aid döyüşlər
1040 Dəndənəkan döyüşü. Səlcuqların Qəznəviləri məğlub etməsi
1071 Məlazgird döyüşü. Səlcuqların Bizans ordusunu məğlub etməsi
1121 Didqori döyüşü. IV Davidin Tiflis Müsəlman əmirliyini məğlub etməsi
1194 Şəmkir və Beyləqan döyüşləri. Şivanşahlarla gürcü qoşunlarının Atabəy Əbu-Bəkrin qoşunlarını məğlub etməsi
1161 I Həmədan döyüşü. Şəmsəddin Eldənizin İraq Səlcuq sultanlığının varislərini müdafiə edən Əmir İnancı məğlub etməsi
1190 II Həmədan döyüşü. Qızıl Arslanın sultan III Toğrula qalib gəlməsi
Qaraqoyunlu tarixinə aid döyüşlər
1387 Çapaqçur döyüşü. Qara Məhəmmədin Əmir Teymurun hərbi qüvvələrini məğlub etməsi
1394 Bağdad döyüşü. Teymurilərin cəlari və Qaraqoyunlu qüvvələrini məğlub edilməsi
1406 I Şənbi-Qazan döyüşü. Qaraqoyunlu Qara Yusifin teymuri Əbu-Bəkri məğlub etməsi
1408 Sərdurud döyüşü. Qara Yusifin teymuri Miranşahı məğlub etməsi
1410 II Şənbi-Qazan döyüşü. Qara Yusifin Cəlairi Sultan Əhmədi məğlub etməsi
1412 Kür çayı sahili döyüşü. Şivanşah I İbrahimin Qara Yusifə məğlub olaraq vassal asılılığına düşməsi
1421 Alaşkerd döyüşü. Qaraqoyunluların Teymuri Şahruxa məğlub olması
1427 Salmas döyüşü. Teymuri Şahruxun İsgəndər başda olmaqla Qaraqoyunlu qüvvələrini məğlubiyyətə uğratması
1435 Təbrız döyüşü. Sultan Şahrux və I Xəlilullahın birləşmiş qüvvələrinin qaraqoyunluları məğlub etməsi. Qaraqoyunluların Teymurilərdən vassal asılılığına düşməsi
1460 Samur çayı döyüşü. Qaraqoyunlu Cahanşahın və Şirvanşah I Xəlulullahın birləşmiş qoşunlarının qızılbaşları məğlub edərək Şeyx Cüneydi öldürməsi
1467 Muş döyüşü. Uzun Həsənin Qaraqoyunlu dövlətinin varlığına son qoyması
Ağqoyunlu tarixinə aid döyüşlər
1461 Qoyluhisar döyüşü. Uzun Həsənin Osmanlı qoşununa ağır zərbə vurması
1472 Beyşehir döyüşü. Osmanlıların ağqoyunlular üzərində ələbə qazanması
1473 1 avqust Malatya döyüşü. Uzun Həsənin Osmanlılar üzərində qələbə qazanması
1473 11 avqust Otluqbeli (Tərcan) döyüşü. Uzun Həsənin Osmanlılara məğlub olması
1484 Qarabulaq döyüşü. Topal Əhmədin başçılıq etdiyi üsyançıların Ağqoyunlu Sultan Yaqub tərəfindən məğlub edilməsi
1488 Şahdağ döyüşü. Şeyx Heydər Səfəvinin Şirvanşah Fərrux Yasar tərəfindən məğlub edilərək öldürülməsi
1491 Van döyüşü. Süleyman bəy Bicanoğlunun Sufi Xəlili məğlub edərək hakimiyyəti ələ alması
1492 Bərdə döyüşü. Rüstəm Mirzənin Bicanoğlu və Baysunquru məğlub etməsi
1493 Əhər döyüşü. Qızılbaş Sultanəli ilə Ağqoyunlu Rüstəm Mirzənin Baysunquru məğlub etməsi
1494 Şəməsi döyüşü. Rüstəm Mirzənin müttəfiqi olan Sultanəlini məğlub etməsi
1496 Sultaniyyə döyüşü. Gödək Əhmədin Ağqoyunlu qüvvələrini darmadağın etməsi
1496 Naxçıvan döyüşü. Gödək Əhmədin Rüstəm Mirzənin əsas hərbi qüvvələrini məğlub edərək Ağqoyunlu taxtını ələ keçirməsi
1497 İsfahan döyüşü. Ağqoyunlu feodalların Gödək Əhmədi məğlub edərək taxtdan salması
1501 Şərur döyüşü. Şah İsmayılın Əlvənd Mirzəni məğlub edərək Ağqoyunlu dövlətinin birinci qoluna son qoyması
1503 Almaqulağı döyüşü. Şah İsmayılın Sultan Muradı məğlub edərək Ağqoyunlu dövlətinin ikinci qoluna son qoyması
Səfəvilər tarixinə aid döyüşlər
1500 Çabanı döyüşü. İsmayılın Şirvanşah I Xəlulullahı məğlub edərək öldürməsi
1510 Mərv döyüşü. Şah İsmayılın Şeybani xanı məğlub edərək Xorasanı tutması
1514 Çaldıran döyüşü. Şah İsmayılın Osmanlılara məğlub olaraq Şərqi Anadolu və Mesopotomiyanın bir hissəsini itirməsi
1516 Qoçhisar döyüşü. Osmanlıların qalib gələrək Təbrizi tutması
1537 Salyan döyüşü. Şirvan qoşunu tərəfindən kələntər Məhəmməd Aminin başçılıq etdiyi Şirvan üsyançılarını darmadağın edilməsi
1548 Həmədan döyüşü. Əlqas Mirzənin məğlub edilərək Qəhqəhə qalasındakı izindana salınması
1549 Əlişaban döyüşü. Qızılbaş əmiri Abdulla xanının Şirvan üsyançılarını məğlub etməsi
1554 Buğurd qalası ətrafında döyüş. Osmanlı qoşun hissəsinin darmadağın edilməsi
1554 Gülüstan qalası yaxınlığında döyüş. Şirvan bəylərbəyi Abdulla xan Ustaclının Qasım Mirzənin tərəfdarlarını məğlub etməsi
1578 9 avqust Çıldır döyüşü. İmamqulu xan Qacarın rəhbərliyi ilə qızılbaşların Osmanlılara məğlub olması
1578 sentyabr Qanıx (Alazan) döyüşü. Döyüşdə osmanlı ordusu böyük itki verdi, qızılbaşlar isə xeyli qənimət və əsir əldə etdilər
1578 Tiflis yaxınlığında döyüş. Qarabağ bəylərbəyi İmamqulu xanın Mustafa Lələ paşanın üzərinə qəfil hücum edərək 20 min nəfər osmanlı ordusunu qırması və qızılbaşların xeyli qənimət əldə etməsi
1578 28 noyabr Mollahəsənli döyüşü. Qızılbaş qoşununun Osman paşanın köməyinə gəlmiş Krım xanı Adil Gərayın ordusu darmadağın etməsi
1581 Şabranla Şamaxı arasında döyüş. Şirvan hakimi Peykər xanın Krım türklərini və osmanlıların birləşmiş qoşununu məğlub edərək Qazı Gəray əsir alması
1583 "Məşəl savaşı” döyüşü. Döyüşün osmanlı qüvvələrinin üstünlüyü ilə başa çatması
1585 dekabr Sufiyan döyüşü. Döyüşdə əvvəlcə qızılbaşlar osmanlılara ağır zərbə vurdular. Lakin osmanlıların sayca üstünlüyü qızılbaşları geri çəkilməyə məcbur etdi
1605 noyabr Osmanlı paşası Ciqaloğlu Sinan paşa ilə Səfəvilər arasında döyüş nəticəsində osmanlılar sayca üstün olsalar da, Səfəvi qoşunu qələbə çaldı və Ciqaloğlu Diyarbəkirə qaçdı
1618 Sınıq körpü döyüşü. Səfəvilərin osmanlıları məğlub etməsi
1625 Əlikitay döyüşü. Şah Abbasa qarşı baş vermiş üsyanın yatırılması
1711 Şirvan bəylərbəyinin qoşunu ilə Car üsyançıları arasında döyüş. Döyüşdə üsyançılar qalib gəldi və Şirvan bəylərbəyi döyüş meydanında həlak oldu
1731 Üçkilsə (Üçmüədzin) döyüşü. II Təhmasibin Osmanlılar tərəfindən ağır məğlubiyyətə uğradılıması
1731 Həmədan yaxınlığında döyüş. Osmanlı qoşunları üçün İsfahana yol açılması
1733 yanvar Bağdad döyüşü. Nadir xanın Osmanlı qoşununa güclü zərbə endirməsi
1735 Üçmüəzdin döyüşü. Nadir şahın osmanlılara qalib gəlməsi
1743 Şamaxı yaxınlığında Şirvan düzənliyində döyüş. Döyüş nəticəsində I Sam Mirzənin qoşunu darmadağın edildi və Nəsrullah Mirzə Şamaxıda Nadir şah idarə üsulunu bərpa etdi
1743 Şahbulağı döyüşü. Nəsrullah Mirzənin II Sam Mirzəni məğlub etməsi
Xanlıqlar dövrünə aid döyüşlər
1748 Bayat savaşı. Hacı Çələbi xanın müttəfiqi Şamaxı xanlığının qoşunlarıyla Qarabağ xanlığında məğlub olaraq geri qayıtması
1749 Ballıqaya döyüşü. Xaçın məliyi Məlik Mirzənin məğlub olaraq Pənahəli xanın hakimiyyətini tanıması
1752 Qəşmə döyüşü. Urmiya xanı Fətəli xan Əfşarın Kərim xan Zəndi məğlub etməsi
1752 Miyanə döyüşü. Fətəli xan Əfşarın Kərim xan Zəndin qoşununu məğlub edərək onun qardaşı İsgəndər xanı əsir tutaraq edam etməsi
1757 "Xatın arxı” döyüşü. Pənahəli xanın Məhəmməd Həsən xan Qacar üzərində qələbə qazanması
1763 Qaraçəmən döyüşü. Urmiyalı Fətəli xan Əfşarın Kərim xan Zəndi məğlub etməsi
1767 Qubalı Fətəli xanla Məhəmməd Səid xan və Ağası xan arasında döyüş. Döyüş nəticəsində Məhəmməd Səid xan və Ağası xan məğlub oldular, Şamaxı xanlığının torpaqları Quba və Şəki xanlıqları arasında bölüşdürüldü. Belə ki, Şamaxı xanlığının qərb hissəsi Şəki xanlığına başq qalan ərazilər isə Quba xanlığına birləşdirildi
1768 sentyabr Fətəli xanla mütəffiq qoşunları arasında döyüş. Döyüş nəticəsində Fətəli xan qalib gəldi və Şəki xanlığının ixtiyarında olan Şamaxı torpaqları Quba xanlığına birləşdirildi
1774 Gavduşan döyüşü. Qubalı Fətəli xanın müttəfiq xanlar tərəfindən məğlub edilməsi
1783 Təbriz yaxınlığında döyüş. Təbriz xanı Xudadad xanın Əhməd xanla birləşərək Urmiyalı İmamqulu xan Əfşar və onun müttəfiqi sərablı Əli xan Şəqaqi üzərində qələbə qazanması
1785 Qubalı Fətəli xanla Məhəmmədhəsən xan arasında döyüş. Qubalı Fətəli xanın Məhəmmədhəsən xanı məğlub edərək Şəki xanlığını Quba xanlığından asılı vəziyyətə salması
1788 Şamaxı yaxınlığında döyüş. Məhəmmədhəsən xanın məğlub olması və Şəki xanlığının yenidən Fətəli xandan asılı vəziyyətə düşməsi
1796 Alpar döyüşü. 500 nəfərlik rus hərbi dəstəsinin Qubalı Şeyxəli xan tərəfindən darmadağın edilməsi
1803 mart Qanıx (Alazan) döyüşü. General Qulyakovun başçılığı ilə rus ordusunun Car-Balakən camaatı üzərində qələbə qazanması
1804 Zaqatala döyüşü. Üsyançılar tərəfindən rus ordusunun məğlub edilməsi və General Qulyakovun öldürülməsi
I Rus-İran müharibəsi dövrünə aid döyüşlər
1804 Üçmüədzin döyüşü. Rusların İran ordusuna məğlub olması
1804 Qəmərli döyüşü. Rus qoşunlarının İran ordusuna məğlub olaraq geri çəkilməsi
1806 oktyabr Şəki yaxınlığında döyüş. Döyüşü nəticəsində ruslar qalib gələrək Şəkini ələ keçirdilər və Səlim xan İrana qaçmaq məcburiyyətində qaldı. Xanlığı idarə etmək üçün rusiyapərəst Cəfərqulu xan başda olmaqla müvəqqəti idarə yaradıldı
1807 Gümrü döyüşü. Rusların osmanlı qoşununu məğlub etməsi
1809 Qarababa döyüşü. Abbas Mirzənin rus qoşunlarını məğlub etməsi
1812 10 oktyabr Aslandüz döyüşü. Rus generalı Kotlyarevskinin başçılığı ilə rusların əhəmiyyətli qələbə qazanması. Abbas Mirzənin məğlub olması
1812 Lənkəran döyüşü. Generalı Kotlyarevskinin başçılığı ilə rusların Lənkəran xanlığını işğal etməsi
II Rus-İran müharibəsi dövrünə aid döyüşlər
1826 Şəmkir döyüşü. Rusların qalib gələrək, İran ordusunu Şuşanın mühasirəsindən əl çəkməyə məcbur etməsi
1826 Gəncə döyüşü. İran qoşunlarının məğlub olması, II Rusiya-İran müharibəsinin taleyinin həll olunması
1827 iyul Cavanbulaq döyüşü. Rusların qələbə çalaraq Abbasabad qalasını işğal etməsi. Bu qələbə İrəvan xanlığının taleyində faciəli rol oynadı
1827 20 sentyabr Sərdarabad döyüşü. Rusların qalib gələrək Sərdarabad qalasını tutması
1918 27 iyun Bakı Sovetinin hərbi qüvvələri ilə "Qafqaz İslam Ordusu” arasında Göyçay istiqamətində döyüş baş verməsi
1920 yay Şəmkir qəzasının Müskürlü kəndi ətrafında kəndlilərin silahlı dəstəsi ilə XI Qırmızı ordu hissələri arasında toqquşmalar baş verməsi


Müqavilələr

e.ə 714 Ullusunu ilə II Sarqon arasında Sirdakka şəhərində sövdələşmə imzalanması
387 Roma ilə Sasanilər arasında sülh müqaviləsi. Müqavilənin şərtlərinə əsasən: a) Albaniyanın Dzirav döyüşündə itirdiyi vilayətlər geri qaytarıldı; b) Van gölü sahilindən qərbdə yerləşən kiçik erməni çarlığının ərazisi Roma ilə sasanilər arasında bölüşdürüldü və erməni çarlığı süqut etdi
629 Roma-Sasani müqaviləsi. Müqavilənin şərtinə görə Albaniya Sasanilərin hakimiyyəti altında qaldı
644 Ərəb sərkərdəsi Bukeyr İbn Abdullah ilə Cənubi Azərbaycan mərzbanı İsfəndiyar aarasında sülh müqaviləsi bağlanması. Sülhün şərtlərinə gərə: a) Azərbaycan əhalisi "imkanları daxilində” ərəblərə can vergisi - cizyə verməli idi, b) qadınlar, uşaqlar can vergisindən azad edilirdilər, c) əhali ərəblərə tabe olmalı, nəzərdə tutulan vergini verməli idi, d) ərəblər yerli əhalinin dininə, adət-ənənələrinə və məişət işlərinə qarışmamağı öhdələrinə götürürdülər, e) könüllü olaraq ərəb ordusunda qulluq edənlər bütün vergi və mükəlləfiyyətlərdən azad edildilər, ə) ərəblər onlara tabe olmayıb ölkəni tərk etmək istəyənlərə imkan yaratdılar
665 Cavanşir ilə Xəzər xaqanı arasında sülh bağlanması. Müqavilənin şərtlərinə əsasən: a) Albanlar hər il xəzərlərə xərac verməyə razı oldular, b) Bunun müqabilində bütün əsirlər və qarət olunmuş mal-qara albanlara geri qaytarıldı
681 Varaz Trdat ilə xəzərlər arasında sülh müqaviləsi bağlanması. Sülhün şərtinə görə xəzərlər Albaniyanı tərk etdilər
VII 40-cı illəri Ərəblərin Şirvan hökmdarı Şəhriyarla sülh bağlaması. Sülhün şərtlərinə görə: a) Şirvan əhalisi ərəblərə xərac və cizyə verməli, b) Bu vergilər şimaldan hücum edən türkləri və digər din sabihlərini dəf etmək üçün burada

صفحه قبل 1 صفحه بعد
موضوعات
پيوندها